Patrik Vieyra təhqirə təpiklə cavab verdi  - VİDEO

Patrik Vieyra təhqirə təpiklə cavab verdi  - VİDEO

Dünən İngiltərə Premyer Liqasının 33-cü turunun təxirə salınmış oyununda "Everton" "Kristal Pelas"ı qəbul edib. Oyun meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 3:2. 

Fanat.Az xəbər verir ki, "Everton"un oyunda geridönüş edərək 3 xal qazanması azarkeşlərin meydana axışmasına səbəb olub. 

Sevinən "Everon" tərəfdarlarından biri "Kristal Pelas"ın baş məşqçisi Patrik Vieyranı təhqir edib. 45 yaşlı mütəxəssis isə bunu cavabsız qoymayıb . O, dərhal geri çevrilərək həmin fanata təpiklə möhkəm zərbə endirib. 

Həmin epizodun videogörüntüsünü təqdim edirik: 

 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər