Paşayev oynadı, komandası qələbə qazandı

Paşayev oynadı, komandası qələbə qazandı
Ukrayna Premyer Liqasında XVI tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, turun son oyununda milli komandamızın üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" doğma azarkeşləri önündə Kiyev "Dinamo"sunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyuna ehtiyat oyunçular skamyasında başlayan Paşayev meydana 77-ci dəqiqədə - hesab 2:1 daxil olub.
Qeyd edək ki, bu qələbədən sonra xallarının sayını 33-ə çatdıran "Aleksandriya" ikinci pilləyə yüksəlib. Bu komandanı lider "Şaxtyor"dan 8 xal ayırır. "Dinamo" isə 32 xalla 3-cüdü.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər