Paris-2024: Günün təqvimi

Paris-2024: Günün təqvimi

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunları davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı mübarizəyə başlayacaq, yunan-Roma güləşində ölkəmizi təmsil edən Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.

İlk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq. 

Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar. Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək. Hər iki idmançımız 1/8 finaldan başlayacaq.

Həsrət Cəfərovun (67 kq) üçüncü yer uğrunda rəqibinin adına isə təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək.

12:00. Bədii gimnastika, fərdi Təsnifat mərhələsi, 1-ci hissə Zöhrə Ağamirova

13:30. Sərbəst güləş, 57 kq 1/8 final Əliabbas Rzazadə

13:30. Sərbəst güləş, 86 kq 1/8 final Osman Nurmaqomedov

17:00. Bədii gimnastika, fərdi Təsnifat mərhələsi, 2-ci hissə Zöhrə Ağamirova

20:15. Yunan-Roma güləşi, 67 kq Bürünc medal görüşü Həsrət Cəfərov

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvandoçu Qasım Maqomedov gümüş medala yiyələnib. Boksçu Alfonso Dominqes (92 kq) da finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər