Palinya "Fulhem"i Avropa nəhənginə dəyişdi - RƏSMİ

Palinya "Fulhem"i Avropa nəhənginə dəyişdi - RƏSMİ

"Fülhem"in dayaq yarımmüdafiəçisi Joau Palinya karyerasının Avropa nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu "Bayern Münhen"ə transfer olunub.

Məlumatı Bundesliqa klubunun rəsmi saytı yayıb. 

Palinya "Fulhem"i Avropa nəhənginə dəyişdi - RƏSMİ

Daha öncə "Bayern"in bu keçid üçün "Fulhem" 46 milyon avro və müxtəlif bonuslar ödəyəcəyi barədə informasiyalar dərc edilmişdi.

Qeyd edək ki, 28 yaşlı Palinya geridə qalan mövsümdə "Fulhem" forması ilə bütün turnirlərdə 39 matça çıxıb. Bu qarşılaşmalarda 4 qol vuran Joau 1 məhsuldar ötürmə ilə də yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər