Paketa oyunlara pul qoyuluşu edənlərlə əlbir olmaqda ittiham edilir

Paketa oyunlara pul qoyuluşu edənlərlə əlbir olmaqda ittiham edilir

“Vest Hem”in yarımmüdafiəçisi Lukas Paketa oyunlara pul qoyuluşu edən bir qrup şəxslə əlbir olmaqda təqsirləndirilir.

Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, günahı sübuta yetiriləcəyi halda, Braziliya millisinin üzvü ağır cəza ala bilər.

Xəbərə görə, 26 yaşlı Lukas dostları və tanışlarına pul qazandırmaq üçün İngiltərə Premyer Liqasının 4 oyununda bilərəkdən qayda pozuntularına yol verərək sarı vərəqə alıb. Bu matçlarda təxminən 60 nəfərin futbolçu üçün 7 - 400 funt sterlinq arasında pul qoyaraq 100 min funt sterlinq qazandıqları təxmin olunur.

Xatırladaq ki, Paketa 2022-ci ildən "Vest Hem"də çıxış edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər