Ozobiçdən 25-ci qol

Ozobiçdən 25-ci qol

Azərbaycan Premyer Liqasının VII turunda meydana çıxan bütün komandalar qol vurub.

Fanat.Az xəbər verir ki,  buna mövsümdə ilk dəfə təsadüf olunub. “Sabah” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ”ın ilk qolu yubiley xarakteri daşıyıb.

Filip Ozobiç Ağdam klubunun heyətində 25-ci çempionat qoluna imza atıb. Filip 58-ci görüşündə yubiley uğuruna sevinib.

Qeyd edək ki, Ozobiç “Qarabağ”ın tarixində çempionatda 25 və daha çox qol vuran 15-ci oyunçudur.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər