Braziliya millisinin və Moskva MOİK-inin sabiq hücumçusu, hazırda "Atletiko Qoiyaniense"nin uğurları üçün çalışan Vaqner Lav peşəkar futbolçu karyerasını nə qədər davam etdirəcəyi ilə bağlı sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı forvard "YouTube" üzərindən yayımlanan "Nobel" kanalına danışıb:
"İndiyədək yüksək səviyyədə oynaya bildiyim üçün xoşbəxtəm. Mövsüm ərzində tempi qorumaq üçün çox yaxşı hazırlaşır, səylə məşq edirəm. Şadam ki, bu, mənə əziyyət vermir. Ciddi zədələrim çox olmayıb. Özümü hələ fiziki planda əla hiss edirəm. Ola bilsin ki, hələ üç-dörd il oynadım.
Futbol oynamaqdan həzz alıram. Davam etmək üçün gücüm olduğunu bilirəm. Nə qədər ki, hər dəfə meydana çıxmaq üçün səbirsizlənirəm, karyeramı bitirməyəcəm. Məhz bu hiss məni tərk etsə, motivasiyamı itirsəm, yaşıl meydanlarla vidalaşmaq vaxtının çatdığını anlayacam".