"Lozanna”nın yarımmüdafiəçisi Entso Zidan atası haqda danışıb.
Fanat.Az xəbər verir ki, Zinəddin Zidanın İsveçrə klubunda oynayan 23 yaşlı oğlu belə deyib:
"Bəlli məsələdir ki, atam futbolu və məşqçi işini sevir. İndi ona istirahət lazımdı. "Real”da baş məşqçi qismində çalışdığı dönəmdə uğurlu fəaliyyətlə yadda qaldı. İşi çox olduğundan yorulması norması normal haldı. Məncə, bərpa üçün istirahət vacib idi. Tezliklə məşqçiliyə qayıdacağını düşünürəm”.
Xatırladaq ki, daha öncə ata Zidanın "Bavariya”nın baş məşqçi postunda Niko Kovaçı əvəzləyəcəyi ilə bağlı informasiyalar yayılmışdı.
Fanat.Az