"Ouen kimi oynamağa, onu yamsılamağa çalışırdım" - Argentinalı ulduz 

"Ouen kimi oynamağa, onu yamsılamağa çalışırdım" - Argentinalı ulduz 

"Yeniyetmə olanda "Liverpul" Maykl Ouenə görə xoşuma gəlirdi".

Fanat.Az xəbər verir ki, bunu Argentina millisinin və "Mançester Siti"nin sabiq hücumçusu Serxio Aquero deyib.

"Stake" Aqueronun sözlərini belə çatdırıb: "Hə, futbol oynayanda özümü "Liverpul"un oyunçusu sayırdım. Ouen kimi oynamağa, onu yamsılamağa çalışırdım".

Aquero 2011-ci ildən "şəhərlilər"in formasını geyinib. Mançester təmsilçisinin forması ilə ümumilikdə 390 matça çıxan cənubi amerikalı 260 qol və 73 məhsuldar ötürmə müəllifi olub. O, peşəkar karyerasını ürəyində yaranan problem üzündən 2021-ci ilin dekabrında bitirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər