Osimhen avtomobilinə yaxınlaşan azarkeşə qışqırdı - VİDEO

Osimhen avtomobilinə yaxınlaşan azarkeşə qışqırdı - VİDEO

İtaliya "Napoli"sinin nigeriyalı hücumçusu Viktor Osimhen azarkeşlərlə problem yaşayıb. 

Fanat.Az xəbər verir ki, futbolçu ondan avtoqraf almaq istəyən tərəfdarlarla mübahisə edib. Hadisə ilə bağlı "Sports Center" video yayıb. Azarkeşlərin maşınına çox yaxınlaşması 24 yaşlı futbolçunun xoşuna gəlməyib. O, pərəstişkarlarına qışqıraraq onlara yoldan çəkilmələrini söyləyib.  

Son zamanlar Viktor Osimhen qeyri-adi davranışları ilə diqqət çəkir. O, bir müddət əvvəl əvəzlənərkən Rudi Qarsiyanın əlini sıxmayıb. Nigeriyalı daha sonra "TikTok"da təhqiredici videoya görə "Napoli" ilə əlaqəli bütün şəkilləri silib. Bu yaxında isə klubun prezidenti Aurelio De Laurentiis Viktorun artıq razılaşdırılmış müqaviləni imzalamaq barədə fikrini dəyişdiyini söyləyib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər