Orxan Sadıxlının cəzası bəlli oldu

Orxan Sadıxlının cəzası bəlli oldu

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Fanat.Az xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqasının XXII turunun “Turan Tovuz”  – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılmasına görə “Turan Tovuz” klubu 1600 manat cərimə edilsin ( maddə 51.1);

“Kəpəz” klubunun futbolçusu Orxan Sadıxlı birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalandırılsın və klub 1600 manat cərimə edilsin (maddə 36.1);

I Divizion XVII turunun “Qaradağ Lökbatan”  – “Neftçi-2” oyununda meydança sulanmadığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilsin (maddə 84);

“Neftçi-2” komandasının 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

XVII turun “Zirə-2”  – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə edilsin (maddə 39);

XVII turun “Mingəçevir”  – “Zaqatala” oyununda “Mingəçevir” klubunun futbolçusu Elsevər Bəkirzadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalandırılsın və klub 320 manat cərimə edilsin (maddə 37.3.);

“Zaqatala” klubunun nümayəndəsi iclasa gəlmədiyinə görə klub 80 manat cərimə edilsin (maddə 62.1).

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər