Oriqi İngiltərəyə qayıdır

Oriqi İngiltərəyə qayıdır

"Milan"ın hücumçusu Divok Oriqi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, "Vest Hem" onu transfer etməkdə maraqlıdır. 

Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Mənbənin məlumatına görə, "çəkicdöyənlər"in baş məşqçisi Devid Moyes "Milan"ın hücumçusunu transfer etməkdə maraqlıdır. Belçikalı Premyer Liqaya qayıdarsa, londonlular Canluka Skamakkanı “Roma”ya buraxa bilər.

Oriqi bundan əvvəl "Liverpul"da oynayıb və 2022-ci ilin iyulunda “Milan”a azad agent kimi keçib.

Ötən mövsüm o, "Milan"ın heyətində 35 matçda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər