Oriqi ilə Ballo-Ture ingilis klublarına lazım olmadılar

Oriqi ilə Ballo-Ture ingilis klublarına lazım olmadılar

Belçikalı hücumçu Divok Oriqi və müdafiəçi Fode Ballo-Ture yayda "Milan"a qayıdacaqlar. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb. 

Xəbərə görə, mövsümü İngiltərənin "Nottingem Forest"ində keçirən Oriqinin 4,5 milyona birdəfəlik transferi mümkün olsa da, o, geri qayıdacaq. Çünki 15 matçda bir qol Belə vurmayan futbolçu ingilis klubunun rəhbərlərinin gözündən düıüb. Onun Türkiyə, eləcə də MLS klublarından birinə keçəcəyi gözlənilir. 

Balo-Tureyə gəlincə, o, "Fulhem"də cəmi 5 oyun keçirib ki, bu da onun bu klubda gələcəyinin olmamasından xəbər verir. Onun Fransaya yollanmaq variantı var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər