"Onun qiyməti 200 milyon funt ola bilər"

"Onun qiyməti 200 milyon funt ola bilər"

"Arsenal"ın sabiq müdafiəçisi Loren komandanın norveçli yarımmüdafiəçisi Martin Edeqorla bağlı fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, "FairBettingSites" onun dediklərini belə çatdırıb:

"Edeqor ucuz oyunçu deyildi. Ancaq o, möhtəşəmdir. Bu sürətlə inkişafa davam etsə, gələcəkdə qiyməti 200 milyon funt (227 milyon avro) ola bilər. Onun böyük fərdi mükafatlar, məsələn, "Qızıl top" uğrunda mübarizə aparacaq potensialı olduğunu da güman edirəm. "Arsenal" İngiltərə Premyer Liqasını qazansa, ardından Çempionlar Liqasında uğurla çıxışla qalsa, fikrimcə, Edeqor dünyanın ən bahalı futbolçularından birinə çevriləcək".

Qeyd edək ki, Edeqor 2021-ci ilin yanvarından "Arsenal"dadır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər