"Onun Alleqri və Mourinyunun səviyyəsinə çatmaq üçün potensialı var" - Dibala

"Onun Alleqri və Mourinyunun səviyyəsinə çatmaq üçün potensialı var" - Dibala

"Roma"nın hücumçusu Paulo Dibala komandanın çalışdırıcısı Daniele De Rossinin məşqçilik perspektivini dəyərləndirib.

Fanat.Az xəbər verir ki, argentinalı forvarın dediklərini "Football Italia" belə təqdim edib:

“Birlikdə işlədiyim digər məşqçilərlə müqayisədə Daniele karyerasına yeni başlayır, çünki mənim əvvəlki məşqçilərim, məsələn, Massimiliano Alleqri və Joze Mourinyu çoxlu kuboklar qazanmışdılar.

Bununla belə, onun hər gün necə işlədiyini, oyunçulara nə verdiyini, komandanın ruh yüksəkliyini necə yüksəltdiyini görüb düşünürəm ki, Alleqri və Mourinyu səviyyəsinə çatmaq üçün onun potensialı var”.

De Rossi yanvar ayından "Roma"ya rəhbərlik edir. Romalılar hazırda Çempionlar Liqası zonasından 3 xal geri qalaraq A Seriyasının turnir cədvəlində 5-ci yerdədir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər