"Bayern Münhen"in prezidenti Herbert Hayner Avstriya millisinin baş məşqçisi Ralf Ranqniklə danışıqlar faktını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, "Bayern & Germany" klub funksionerinin dediklərini belə çatdırıb:
"Ralf ilə fəal danışıqlar aparırıq, lakin biz daha bir neçə gün gözləməliyik. O, futbol dünyasında əla mütəxəssisdir. Onu gətirə bilsək, bu, bizim üçün çox yaxşı seçim olacaq".
Qeyd edək ki, “Bayern” azarkeşləri Tomas Tuxelin komandanın baş məşqçisi postunda saxlanması xahişi ilə klub rəhbərliyinə müraciət ediblər. Onlar "biz Tuxeli istəyirik, Ranqniki yox" başlıqlı petisiya başladıblar. Mirağa