"Onlar mövsümün əsas favoriti sayılırlar, biz isə..." - Massimiliano Alleqri

"Onlar mövsümün əsas favoriti sayılırlar, biz isə..." - Massimiliano Alleqri

"Yuventus"un baş məşqçisi Massimiliano Alleqri bu mövsüm İtaliya A Seriyasının qalibi olmağa əsas namizədlərin adlarını açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Football Italia" onun dediklərini belə çatdırıb:

"Bir oyunda istənilən hadisə yaşana bilər. Şübhəsiz, "İnter" "Milan" və "Napoli" ilə birlikdə Skudettonu qazanmağa əsas namizədlərdəndir. "İnter"in layihəsi çempionluğa hesablanıb. Hə, indi bu haqda danışmaq tezdir. Amma onlar cari mövsümün əsas favoriti sayılırlar. Biz isə "dördlük"də qalmağa çalışmalıyıq".

Hazırda 31 xalı olan "İnter" A Seriyasının turnir cədvəlində 1-ci pillədə qərarlaşıbsa, 29 xala malik "Yuventus" 2-ci yerdədir.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər