Onil Prosineçkiyə meydan oxudu:"Bizə qələbə gətirəcək..."

Onil Prosineçkiyə meydan oxudu:"Bizə qələbə gətirəcək..."

“Zədəli futbolçuların Azərbaycana getməməsi bizim üçün ciddi itkidi. Konor Vaşinqton və Ceymi Uordun yeri görünəcək. Norveçə qarşı hər ikisi əla oynamışdı". Fanat.Az xəbər verir ki, bu sözləri DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da yığmamızın qonağı olacaq Şimali İrlandiya millisinin çalışdırıcısı Maykl Onil deyib.

 

Uill Qriqqin ardından daha iki futbolçusunun xidmətindən zədə üzündən məhrum olan Onil əlavə edib: “Kayl Laffertinin hazırkı forması məni qane etmir. Hücumda Liam Boys - Coş Maqennis tandeminə üstünlük verəcəm. Maqennisin bacarığını Azərbaycanla Belfastdakı matçda gördük. Bir neçə yüngül zədə alsa da, uğurlu mövsüm keçirdi. Onun klubundakı durumundan məmnunam. Mərkəzdə və cinahlarda oynamaq bacarığı onu həmişə önəmli simaya çevirir. Elə Boys da əla formadadı. Şey Makkartana da şans verə bilərəm. Gənc və təcrübəsiz olsa da, xidmətinə ehtiyac yaransa, oynadacam. Azərbaycanla oyunda bizə qələbə gətirəcək hücumçularımız var".

 

Mütəxəssis yığmaya çağırılanlar arasında da zədəli oyunçuların olduğunu bildirib: “Qaret Makaulinin hazırkı durumundan narahatam. Ancaq inanıram ki, Azərbaycanla oyuna qədər tam sağalacaq. Makauli Yeni Zelandiya ilə yoldaşlıq görüşünü buraxacaq. Daha bir həftə klubunda qalmasını qərara aldıq. Çünki orda müalicəsi sürətlə gedər. Kreyq Katkart da oxşar problemlə üzləşib. O, bərpa dövrünü klubunda keçir. Kreyqin də Azərbaycanla görüşə qədər sağalması mümkündü”.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər