Onana “Bayern”ə məğlubiyyətin günahını üzərinə götürdü

Onana “Bayern”ə məğlubiyyətin günahını üzərinə götürdü

"Mançester Yunayted"in qapıçısı Andre Onana Çempionlar Liqasının 1-ci turunda "Bayern Münhen"ə 3:4 hesabı ilə uduzduqları oyun haqda fikirlərini bildirib. 

Fanat.Az xəbər verir ki, kamerunlu səhvlərini etiraf edərək məsuliyyəti üzərinə götürüb. 

Tanınmış insayder Fabritsio Romano Onananın dediklərini belə çatdırıb: “Məğlubiyyətə görə məsuliyyət daşıyıram. Mənə görə uduzduq. Bu oyundan dərs almalıyam. Komandanın məğlubiyyətinə bais oldum. Hələ sübut edəcəyim çox şey var. Çünki düzünü desəm, “Mançester Yunayted”dəki startım yaxşı getmədi”.

Xatırladaq ki, Andre Onana "Bayern" - "Mançester Yunayted" matçının 28-ci dəqiqəsində rəqib futbolçu Leroy Sanenin zərbəsindən sonra qəribə qol buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər