"Fənərbaxça"nın sabiq futbolçusu, hazırda menecer kimi çalışan Milan Rapaiç Əziz Yıldırımın dönəmində klubun aşağı yaş komandalarına gətirdiyi oğlu Boris Rapaiç üçün təklif qəbul edilmədiyindən yollar ayrılıb.
Fanat.Az xəbər verir ki, baş məşqçi Filip Koku 20 yaşlı forvardın əsas komandası ilə məşqlərə çıxmasını istəmişdi. Amma ata Rapaiç idman direktoru Damyen Komolli ilə görüşdə oğlu üçün 180 min avro istəsə də, klub buna razı olmayıb. İcarə təklifi də geri çevrildiyi üçün gənc futbolçunun "Fənərbaxça" macərası başa çatıb.
Fanat.Az