Olimpiya Oyunlarına daha bir lisenziya

Olimpiya Oyunlarına daha bir lisenziya
Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Yay Olimpiya Oyunlarına  milli komandamız adına növbəti lisenziyanı qazandırıb.
Fanat.Az xəbər verir ki, bu barədə məlumatı Azərbaycanın Üzgüçülük üzrə Milli komandasının baş məşqçisi Rəşad Əbdürrəhmanov verib.
O, millimizin üzgüçüsü Ramil Vəlizadənin 200 m batterflyay üsulunda 1.59.75 nəticə ilə beynəlxalq turnirin mütləq qalibi olaraq  Tokio 2021 Yay Olimpiya Oyunlarına  B lisenziyası qazandığını bildirib.
 
Azərbaycan bununla da 19-cu lisenziyaya sahib olub.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər