Olimpiya Festivalında çıxış edəcək heyət müəyyənləşdi - FOTO

Olimpiya Festivalında çıxış edəcək heyət müəyyənləşdi - FOTO
İyulun 21-27-də Bakıda keçiriləcək Avropa Yay Olimpiya Festivalında (EYOF) Azərbaycanı təmsil edəcək oğlan və qızlardan ibarət yığma komandalarımızın heyəti məlum olub. Mötəbər yarışda 3 qız və 3 oğlan velosipedçimiz yarışacaq. 
Fanat.Az xəbər verir ki, seçim zamanı iyulun 12-14-də keçirilən ölkə birinciliyinin qrup ötüşməsinin (ilk 3 yer), həmçinin EYOF-a hazırlıq məqsədilə Belçikada təşkil edilən təlim-məşq toplanışı və bir sıra yoxlama yarışlarının nəticələri əsas götürülüb.
Qızlar
Lalə Əbdürəhmanova (7 saylı Olimpiya Məktəbi)
Gülşən İsmayılova (7 saylı Olimpiya Məktəbi)
Məleykə İsgəndərova (Respublika Olimpiya Velosiped Məktəbi)
 
Olimpiya Festivalında çıxış edəcək heyət müəyyənləşdi - FOTO
Oğlanlar
Nikita Sıtov (Respublika Olimpiya Velosiped Məktəbi)
Mustafa Muxtarlı (7 saylı Olimpiya Məktəbi)
Nofəl Nuriyev ("Neftçi” İdman Klubu İctimai Birliyi)
 
Olimpiya Festivalında çıxış edəcək heyət müəyyənləşdi - FOTO
EYOF proqramına əsasən, iyulun 23-də fərdi, 25-də isə qrup ötüşməsi üzrə qaliblərin adına aydınlıq gələcək.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər