Üzgüçülük üzrə hollandiyalı olimpiya çempionu İnqe Dekkerdə xərçəng xəstəliyi aşkarlanıb. Bu barədə Hollandiya Üzgüçülük Federasiyası məlumat yayıb.
Xəstəlik idmançının boyun nahiyyəsində müəyyən olunub. İdmançı xəbəri eşidərkən, çox qorxduğunu bildirib: "3 ildir ki, yalnız Rio olimpiadası üçün çalışıram. Ancaq birdən bu xəbəri aldım. Gələcəyə inamla baxıram və bütün diqqətimi bərpa olmağa yönəldəcəyəm".
Qeyd edək ki, İnqi Dekker sərbəst üsulla üzmədə 2008-ci il Pekin, 2012-ci il London və 2004-cü il Afina Yay Olimpiya Oyunlarında müvafiq olaraq qızıl, gümüş və bürünc medal qazanıb.("Report")
Fanat.az