Çempionlar Liqasının dünən baş tutan "Mançester Yunayted” - "Yuventus” oyunundan (0:1) sonra meydana 2 azarkeş çıxıb.
Fanat.Az xəbər verir ki, fanatlar MY-ni cəzalandıran Kriştiano Ronaldoya tərəf şığıyıb. Onlardan biri dərhal yaxalansa da, digəri arzusuna çatıb. Özünü superulduza yetirən tərəfdar selfi çəkdirməyə nail olub.
İngiltərə mənbələri hər iki azarkeşin "Old Trafford”da oyuna baxmaqdan ömürlük məhrum ediləcəyini vurğulayıb.
Fanat.Az