"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

"O, yaxşı məşqçidir" - Klopp potensial xələfindən danışdı

Cari mövsümün sonunda "Liverpul"dan ayrılmağa qərar verən Yürgen Klopp "qırmızılar"ın baş məşqçi postuna əsas namizəd sayılan mütəxəssisdən - "Feyenoord"un çalışdırıcısı Arne Slotdan danışıb.

Fanat.Az xəbər verir ki, alman mütəxəssisin niderlandlı həmkarı barədə dediklərini tanınmış jurnalist Ben Ceykobs şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Məndən sonra baş məşqçi postunu Slot tutacaqsa, deyim ki, onun komandasının oynadığı futbol və bir insan kimi haqqında deyilənlər xoşuma gəlir. O, yaxşı məşqçidir".

Xatırladaq ki, hazırda "Liverpul" və "Feyenoord" Slotla bağlı danışıq aparırlar.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər