"O, müstəsna oyun sərgilədi" - Qvardiola

"O, müstəsna oyun sərgilədi" - Qvardiola

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasının son turu çərçivəində keçirilən oyunu - "Brayton"la matçı (2:1) dəyərləndirib.

Fanat.Az xəbər verir ki, "Eurosport" onun dediklərini belə çatdırıb:

"Brayton" inanılmaz keyfiyyətə sahibdir, biz bu matçda əziyyət çəkməli olduq. Jeremi Doku müstəsna oyun sərgilədi və bizə kömək etdi. O, istənilən durumda qərar verir. 

55-60 dəqiqə çox, çox yaxşı oynadıq və getdikcə daha çox qol şansları yaratdıq. Sonda bütün ürəyimizlə müdafiə olunduq".

"Şəhərlilər" bu matçın 7-də dəqiqəsində hesabı açıblar. Dokunun ötürməsini Xulian Alvares qola çevirib. 19-cu dəqiqədə "Siti"nin superforvardı Erlinq Holand komandasının üstünlüyü artırıb. 73-cü dəqiqədə isə Ansu Fati "qağayılar"ın təsəlli qoluna imza atıb.

9 tura 21 xal toplayan "Mançester Siti" İPL-in turnir cədvəlinin ilk pilləsində mövqe tutubsa, "Brayton" (16 xal) 7-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər