"O dünyanın ən yaxşısı olaraq qalacaq" - Yulian Nagelsman

"O dünyanın ən yaxşısı olaraq qalacaq" - Yulian Nagelsman

"Bayern Münhen"in baş məşqçisi Yulian Nagelsman Çempionlar Liqasının 4-cü tutunda - "Benfika" ilə ev oyununda (5:2) het-trik edən Robert Levandovskidən danışıb.

Fanat.Az xəbər verir ki, "Goal" mütəxəssisin söylədiklərini belə çatdırıb:

"Robert hələ uzun müddət dünyanın ən yaxşı hücumçusu olaraq qalacaq. Əlbəttə, o, "Benfika" ilə görüşdə vurduqları ilə kifayətlənməməlidir. Təbii, xarakter nümayiş etdirməsi, hər zaman qol vurmağa kökləndiyini göstərməsi yaxşı haldır".

Bu mövsüm "Bayern" formasıyla bütün turnirlər daxil olmaqla, 16 matça çıxan 33 yaşlı Levandovski 22 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər