"Barselona"nın baş məşqçisi Xavi komandasının qapıçısı Mark-Andre ter Şteqenin oyunundan danışıb.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin çalışdırıcısı İspaniya Primerasının 33-cü turunun matçında - "Real Sosyedad"la görüşdə (1:0) qapısını toxunulmaz saxlayan qolkiperi tərifləyib.
Mütəxəssisin söylədiklərini tanınmış insayder Fabritsio Romano şəxsi "Twitter" səhifəsi üzərindən paylaşıb:
"Ter Şteqen liderdir. O, ayaqla əla oynayır. Bu üstünlüyü komandaya çox şey verir. Mənim üçün olduqca vacib fiqurdur. Mark-Andre dünyanın ən yaxşı qapıçılarından biridir".
Nihat