"Real Madrid"in müdafiəçisi Antonio Rüdiger komandanın hücumçusu Vinisius Junioru tərifləyib.
Fanat.Az xəbər verir ki, İspaniya nəhənginin rəsmi saytı onun dediklərini belə çatdırıb:
"Vinisius xüsusi oyunçudur. Fiziki cəhətdən çox güclüdür. O, birəbir epizodlarda dünyanın ən yaxşısıdır".
Qeyd edək ki, 22 yaşlı Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 33 matça çıxan braziliyalı 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat