Növbəti mövsüm I Liqada iştirak edəcək daha bir komanda müəyyənləşdi 

Növbəti mövsüm I Liqada iştirak edəcək daha bir komanda müəyyənləşdi 

Bu gün I Liqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab görüşü keçirilib. 

Fanat.Az xəbər verir ki, “Araz Saatlı” və “Cəbrayıl” komandaları həlledici matça çıxıblar. 

Saatlı Olimpiya İdman Kompleksinin stadionunda keçirilən cavab matçından Cavid Hüseynovun komandası qalib ayrılıb - 3:1.

İlk görüşdə də 2:0 hesabı ilə qalib gələn "Cəbrayıl" yeni mövsümdən I Liqada iştirak etmək hüququ qazanıb.

"Araz Saatlı" isə 2024/2025 mövsümünə II Liqada start verəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər