Nurlan Novruzov Nepal çempionu oldu

Nurlan Novruzov Nepal çempionu oldu

Azərbaycanlı futbolçu Nurlan Novruzov "Maçhindra"nın heyətində Nepal çempionu olub. 

Fanat.Az xəbər verir ki, "Satdobato" üzərində 1:0 qələbə sona iki tur qalmış A Liqasının qalibi olmağa şərait yaradıb.

Qızıl medalların rəsmiləşdiyi matçdakı yeganə qolu 53-cü dəqiqədə məhz Nurlan vurub. 

Nurlan Novruzov Nepal çempionu oldu

Ardıcıl ikinci dəfə A Liqasının qalibi olan "Maçindra"da çıxış edən həmyerlimiz Nepal mətbuatına danışaraq hisslərini çatdırıb:  

“Mən sadəcə xoşbəxtəm. Çempion olduq və kuboku qazandıq. İlk dəfədir ki, Nepalda A Liqasında oynayıram. Mən həssas biriyəm, gözlərimdən sevinc yaşı gəlir. Liqada iki oyunumuz var. Həmin oyunlarda da qalib gəlmək istəyirik. Sonra kubok yarışı başlayır. Bu komanda ilə bütün turnirlərdə qalib gəlmək istəyirəm.  27 yaşlı hücumçu həmçinin, turnirin ən dəyərli oyunçusu seçilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər