"Norway Chess": Məmmədyarov uddu, Rəcəbov uduzdu

"Norway Chess": Məmmədyarov uddu, Rəcəbov uduzdu

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərində təşkil olunan "Norway Chess" turnirinin əsas mərhələsində ilk görüşlərini keçiriblər.

Fanat.Az xəbər verir ki, Məmmədyarov I turda yerli şahmatçı Aryan Tari ilə qarşılaşıb. Ağ fiqurlarla oynayan 37 yaşlı qrossmeyster 28-ci gedişdə heç-heçəyə razılaşıb. Belədə reqlamentə əsasən, tərəflər arasında "armageddon" oynanılıb. Məmmədyarov burada rəqibinə qalib gəlib.

Rəcəbov isə ABŞ-ı təmsil edən Uesli So ilə qara fiqurlarla oynayıb. Görüş 38-ci gedişdə rəqibin qələbəsi ilə başa çatıb.

Klassik partiyadakı qələbəyə görə şahmatçılara 3 xal verilir. "Armageddon"da üstünlük qazanan tərəf 1.5, məğlub olan 1 xal qazanır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 (451 min manat) Norveç kronudur.

"Norway Chess" I tur Şəhriyar Məmmədyarov (Azərbaycan) - Aryan Tari (Norveç) 0,5:0,5, 1:0 Uesli So (ABŞ) - Teymur Rəcəbov (Azərbaycan) 1:0 Aniş Giri (Niderland) - Veselin Topalov (Bolqarıstan) 0,5:0,5, 1:0 Vişvanatan Anand (Hindistan) - Maksim Vaşye Laqrav (Fransa) 1:0 Maqnus Karlsen (Norveç) - Van Xao (Çin) 0,5:0,5, 1:0.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər