Nkunkunun aqibəti necə olacaq? - Poçettino açıqladı

Nkunkunun aqibəti necə olacaq? - Poçettino açıqladı

"Çelsi"nin baş məşqçisi Maurisio Poçettino komandanın 26 yaşlı yarımmüdafiəçisi Kristofer Nkunkunun İngiltərə Kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilən oyunda - "Preston"la matçda (4:0)  niyə meydana çıxmadığını deyib.

Fanat.Az xəbər verir ki, o, fikirlərini "zadəganlar"ın rəsmi saytına bölüşüb:

"Biz ona təzyiq etmək istəmirik. Bilirik ki, uzun sürən zədədən sonra yaşıl meydanlara qayıtmaq və əvvəlki kimi oynamaq asan deyil. Altı ay olduqca uzun müddətdir. Nkunku dünənki məşqdən sonra ombasında ağrı hiss etdiyi üçün oynamadı. Onun qarşıdakı matçlarda oynayıb-oynamayacağına qərar verəcəyik".

Xatırladaq ki, ötən ilin iyulunda "Leyptsiq"dən transfer edilən Nkunku cari mövsüm zədə səbəbindən bütün turnirlərdə cəmi 4 matça çıxaraq 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər