Nigeriya millisi almana tapşırıldı

Nigeriya millisi almana tapşırıldı

Almaniyalı mütəxəssis Bruno Labbadia karyerasını Afrikada davam etdirəcək.

Fanat.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis Nigeriya millisinin yeni baş məşqçisi təyin olunub.

Məlumatı ölkənin Futbol Federasiyasının rəsmi saytı yayıb.

Labbadia sözügedən ölkənin əsas komandasının tarixinə 37-ci məşqçi kimi düşüb.

Mütəxəssisin son iş yeri 2022/23 mövsümündə "Ştutqart" olub. Labbadia həmçinin "Herta", "Volfsburq", "Hamburq" və "Bayer"i çalışdırıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər