Gürcüstan çempionatında 4-cü turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi "Samtrediya” da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Telavi” ilə qarşılaşıb. Futbolçumuzun komandası 1:3 hesab;yla yenilib.
Nicat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının yeganə qolunu da 9-cu dəqiqədə penaltidən fərqlənən Qurbanov vurub. Bununla da o, cari mövsümdə vurduğu qolların sayını 2-yə çatdırıb.
4 turdan sonra hesabında 4 xal olan "Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.
Fanat.Az