Neymarın yapon oyunçuya qarşı irqçilik etdiyi aşkarlandı

Neymarın yapon oyunçuya qarşı irqçilik etdiyi aşkarlandı
PSJ-nin hücumçusu Neymarın Liqa 1-in 3-cü turu çərçivəsində keçirilən "Marsel"lə oyundan sonra irqçilikdən şikayətləndiyindən xəbərdarsız.
Fanat.Az xəbər verir ki, həmin oyunda braziliyalı ulduzun özünün də rəqibin yapon müdafiəçisi Hiroki Sakaiyə qarşı irqçilik etdiyi üzə çıxıb.
Bu barədə "El Partidazo de COPE" məlumat verib. Mənbə Neymarın yaponiyalı futbolçunu "Çin zibili" adlandırdığını vurğulayaraq "Marsel"də bunun sübutu olduğunu bildirib.
Xatırladaq ki, oyunun sonlarında meydanda qarşıdurma yaranmış, Neymar marsellilərin digər müdafiəçisi Alvaro Qonsalesin başına vurduğuna görə qırmızı vərəqə almışdı. Eləcə də, bir neçə başqa oyunçular meydandan qovulmuşdular. Görüşün ardından isə Neymar Qonsalesi rasizmdə suçlamış, ispanın ona "yum ağzını, murdar meymun" dediyini söyləmişdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər