Neymar: "Dünya Kubokunu qazanmaq üçün canımı verəcəm"

Neymar: "Dünya Kubokunu qazanmaq üçün canımı verəcəm"

Braziliya millisinin və PSJ-nin hücumçusu Neymar Qətərdə keçiriləcək Dünya Çempionatında qalib gəlmək istədiyini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Goal" saytı ulduz futbolçunun sözlərini belə çatdırıb:

"Bu mövsüm PSJ-nin heyətində Çempionlar Liqasını qazanmaq istəyirdim, amma təəssüf ki, bacarmadıq. İndi 2022-ci ili dünya çempionluğu ilə başa vurmaq istəyirəm. Hər şeyin yaxşı getdiyinə əmin olmaq üçün həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşıram. Bu qələbə üçün canımı verəcəm. Mən bu turnirdə iki dəfə oynamışam və bunun nə olduğunu bilirəm.Hazır deyilsənsə, fürsət əldən gedəcək. Ona görə də şansın qaçmasına icazə verə bilmərəm".

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər