"Neftçi"nin legioneri koronavirusa yoluxdu

"Neftçi"nin legioneri koronavirusa yoluxdu

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane koronavirusa yoluxub.

Fanat.Az xəbər verir ki, qvineyalı futbolçu hazırda ölkəsinin milli komandasının düşərgəsindədir. Bu barədə Qvineyanın firawasport.com portalı məlumat yayıb.

Kane ilə yanaşı, bir neçə komanda yoldaşında da koronavirus aşkarlanıb. Hazırda onların karantinə alındığı bildirilir.

Qeyd edək ki, Kane müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsusdur. O, “Neftçi”də bu mövsümün sonuna qədər icarədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər