Misli Premyer Liqasında ilk dövrənin son turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, 9-cu turda üz-üzə gələcək əzəli rəqiblər - “Neftçi” ilə “Qarabağ”ın dueli Rəşad Əhmədova tapşırılıb.
Misli Premyer Liqası 9-cu tur 6 oktyabr
18:00. “Zirə” – “Turan Tovuz” Hakimlər: İnqilab Məmmədov, Eyyub İbrahimov, Rəhman İmami, Kamran Əliyev VAR: Rauf Allahverdiyev. AVAR: Kamran Bayramov. Hakim-inspektor: Ömər Paşayev. AFFA nümayəndəsi: Emin Cəfərov. Zirə İdman Kompleksinin stadionu
7 oktyabr
16:00. “Qəbələ” – “Səbail” Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Kamranbəy Rəhimov Hakim-inspektor: Anar Salmanov. AFFA nümayəndəsi: Aslan Şahgəldiyev. Qəbələ şəhər stadionu
18:00. “Sabah” – “Araz-Naxçıvan” Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, Vüqar Həsənli. Hakim-inspektor: Asim Xudiyev. AFFA nümayəndəsi: Seymur Səlimli. “Bank Respublika Arena”
8 oktyabr
16:30. “Sumqayıt” – “Kəpəz” Hakimlər: Emin Əliyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Rüfət Əmirov. “Kapital Bank Arena”
19:30. “Neftçi”– “Qarabağ” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Rauf Allahverdiyev. Hakim-inspektor: Babək Quliyev. AFFA nümayəndəsi: Elçin Məmmədov. “Neftçi Arena”