"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

“Neftçi” müdafiəçisi Romen Baskla yolları ayırdığını rəsmən açıqlayıb. 

Fanat.Az xəbər verir ki, paytaxt klubu rəsmi saytı vasitəsi ilə Baska təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Fransalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verildiyi bildirilib.

Bu ilin yayında “Neftçi”yə transfer olunan və 2 illik müqaviləyə imza atan Bask 12 oyunda ağ-qara formanı geyinib.

Qeyd edək ki, sözügedən müdafiəçi Fransanın 3-cü liqasında mübarizə aparan "Şatoru" ilə anlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər