"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

"Neftçi" legioneri ilə vidalaşdı - RƏSMİ

"Neftçi" futbolçusu Gilyerme Pato ilə vidalaşıb.

Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Onun ölkəsinin "Figeyrense" klubuna keçəcəyi gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər