Öncə Peto, sonra Abasov

Öncə Peto, sonra Abasov

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Sumqayıt” – “Fehervar” oyunundan öncə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil ediləcək mətbuat konfransı və açıq məşqlərin vaxtı məlum olub.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə saat 17:30-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və bir futbolçu media mənsubları önünə çıxacaq.

Saat 18:30-da “Fehervar”ın oyunöncəsi son məşqi (ilk 15 dəqiqəsi media nümayəndələrinə açıq olmaqla) keçiriləcək.

“Sumqayıt”ın baş məşqçisi Samir Abasov və kapitanı Vüqar Mustafayevin mətbuat konfransı saat 19:30-da baş tutacaq. Saat 20:00-da isə komandanın oyunöncəsi son məşqi gerçəkləşəcək.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə, cavab qarşılaşmasını isə 31-də Macarıstanda keçirəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər