Nazirlikdən qeyri-adi səyahət xəbərdarlığı: Onları qucaqlayın...

Nazirlikdən qeyri-adi səyahət xəbərdarlığı: Onları qucaqlayın...
Almaniya xarici işlər nazirliyi Kanadanın Buz Xokkeyi Milli Komandasının Almaniya millisinə uduzması barədə vətəndaşlarına qeyri-adi müraciət edib.
Fanat.Az xarici mediaya istinadən xəbər verir ki, "Twitter" vasitəsilə çıxış edən nazirlik Kanadaya səyahət etmək istəyən Almaniya vətəndaşlarına müraciət edib:
"Səyahət məsləhəti: Kanadadakı almanlar yüksək səviyyədə empatiya qurmalıdır. Nəzakətli olun, sevindiyinizi göstərməyin, onları qucaqlayın və isti şokolad təklif edin. Sadəcə Almaniyanın futbol üzrə milli komandasının Kanada millisinə uduzacağı halda necə hiss edəcəyinizi təsəvvür etməyə çalışın".
Qeyd edək ki, Cənubi Koreyada keçirilən Qış Olimpiya Oyunlarında xokkey üzrə Almaniya millisi Kanadaya qalib gələrək finala adını yazdırıb.
 
Nazirlikdən qeyri-adi səyahət xəbərdarlığı: Onları qucaqlayın...
Fanat.Az 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər