Nazir millinin məşqini izlədi - FOTOLAR

Nazir millinin məşqini izlədi - FOTOLAR

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) fəaliyyəti ilə tanış olub.

Fanat.Az xəbər verir ki, F.Qayıbov velosiped idmanı üzrə yığma komandanın üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.

Nazir federasiyada və Respublika Velotrekində yaradılmış şəraitlə də maraqlanıb. O, qurumun nəzdindəki muzeyə də baxıb.

AVİF-in I vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəli yarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, yığma komandanın baş məşqçisi Əbülfəz Məmmədov iştirak ediblər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər