Nazim Süleymanov "sülh"lə başladı

Nazim Süleymanov "sülh"lə başladı
Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Sumqayıt” ilk yoxlama oyununu keçirib. 
Fanat.Az xəbər verir ki, Nazim Süleymanovun yetirmələri Qətər təmsilçisi "Əl-Şəhaniyə” ilə qarşılaşıb.
"Kimyaçılar” 11-ci dəqiqədə Nicat Qurbanovun qolu ilə hesabda önə keçsə də, rəqib 38-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub.
Qarşılaşmada başqa qol qeydə alınmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər