Nazarov üçün bir hissə və bir qol

Nazarov üçün bir hissə və bir qol

Almaniyanın “Ersgebirge” komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi 3-cü Bundesliqa təmsilçisi Almaniyanın digər klubu “Nürnberq”lə qarşılaşıb.

Aue təmsilçisi bu oyundan 3:3 hesablı heç-heçə ilə ayrılıb. Nazarov da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Matçda son nöqtəni də Dmitri qoyub. Yarımmüdafiəçi 85-ci dəqiqədə vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər