Millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue” II Bundesliqada növbəti oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, komanda XX turda "Braunşveyq”i qəbul edib. Paskal Köpkenin 12-ci dəqiqədə vurduğu qol "Aue”ni önə keçirsə də, qonaqlar fasiləyə qədər bunun əvəzini 2 topla çıxıblar. İkinci hissədə daha bir qol vuran "Braunşveyq” rəqib meydanında 3:1 hesablı zəfərə sevinib.
Start heyətində meydana daxil olan Dmitri Nazarov 56-cı dəqiqədə komanda yoldaşı Rici Munsi ilə əvəzlənib.
Qeyd edək ki, bu nəticədən sonra "Aue” aktivindəki 23 xalla 18 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Fanat.Az