Nazarov oynadı, 6 qol gördü

Nazarov oynadı, 6 qol gördü
Almaniya 2-ci Bundesliqasında 20-ci turun oyunları keçirilib.
 
Fanat.Az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Ersgebirge” klubu da növbəti matçına çıxıb.
 
Aue təmsilçisi doğma meydanda "Hamburq”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 3:3.
 
Nazarov da bu matçın iştirakçısı olub. O, qarşılaşmanın 76-cı dəqiqəsində meydana buraxılıb.
 
20 turdan sonra 29 xala malik "Ersgebirge” 18 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər