Almaniyanın II Bundesliqasında XXI turun oyunları keçrilib. Fanat.Az xəbər verir ki, Dmiti Nazarovun çıxış etdiyi "Aue" Braunşveyq "Ayntraxt"ının qonağı olub.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahibləri 10-cu dəqiqədə hesabı açıb. Millimizin üzvü 46-cı dəqiqədə meydana çıxıb və 57-ci dəqiqədə penaltini qola çevirərək komandasına bir xal qazandırıb. Bu Nazarovun cari mövsümdə ikinci qolu olub.
Qeyd edək ki, "Aue" 21 turdan sonra 18 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.
Fanat.Az