Neymara qarşı kobud oynamaq yasaqlandı

Neymara qarşı kobud oynamaq yasaqlandı
PSJ rəhbərliyi Neymara qarşı kobud oynamağı qadağan edib.
 
Fanat.Az "Le Parisen"ə istinadən xəbər verir ki, "Barselona"dan Paris klubuna 222 milyon avroya transfer olunan futbolçu məşqlər zamanı rəqibdən top almağa da məcbur edilməyəcək.
 
Sözügedən oyunçu üçün 2 fizioterapevt ayrılıb. Cənubi amerikalı komanda yoldaşları kimi, ümumi fiziki proqrama əməl etmək məcburiyyətində deyil. Ulduz "sambaçı"ya xüsusi güzəştlər bununla bitmir. O, klubun bazasına öz brendinə məxsus, üzərində PSJ-nin atributları əks olunmayan çantayla da gələ bilər. 
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər